Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olunub

14:51 - 09 / 08 / 2017
Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olunub

Bakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub.

1news.az APA-ya istinadla xəbər verir ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 Onu da qeyd edək ki, M. Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

 Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov  faktı təsdiqləyib. 

1news.az 

 

Paylaş:
730

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər