“Qarabağ” – “Kopenhagen” matçının biletləri nə vaxt satışa çıxarılacaq? | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” – “Kopenhagen” matçının biletləri nə vaxt satışa çıxarılacaq?

22:01 - 09 / 08 / 2017
“Qarabağ” – “Kopenhagen” matçının biletləri nə vaxt satışa çıxarılacaq?

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix məlum olub.

1news.az xəbər verir ki, azarkeşlər avqustun 12-dən etibarən biletləri matçın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə edə biləcəklər.

Biletlərin qiyməti sektorlara görə 1, 2, 3, 5 və 10 manat, VİP sektoruna isə 50 manat olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” görüşü avqustun 15-i saat 21:00-da başlayacaq.

1news.az

Paylaş:
1118

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər