Deputatın etik davranış qaydaları haqqında Qanun nəyi dəyişəcək? | 1news.az | Xəbərlər
Siyasət

Deputatın etik davranış qaydaları haqqında Qanun nəyi dəyişəcək?

11:27 - 09 / 08 / 2017
Deputatın etik davranış qaydaları haqqında Qanun nəyi dəyişəcək?

Prezident İlham Əliyev avqustun 7-də Milli Məclisi deputatının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

1news.az xəbər verir ki,  sərəncama əsasən, Nazirlər Kabinetinə qanundan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qanunun məqsədi deputat fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın, deputat fəaliyyətində maraqların toqquşması hallarının qarşısının alınması, deputatın etik davranış qaydalarına əməl etməsinin təmin olunması, deputat fəaliyyətinə ictimai etimadın gücləndirilməsidir.

Qanunda deyilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir.

Deputat sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalı, vicdanlı davranış nümayiş etdirməlidir.

Mili Məclisin iclaslarında həmkarlarının fikirlərinə hörmətlə yanaşmalı, münaqişələrdən çəkinməli, öz mövqeyini təhdidlə bildirməməli, Milli Məclisin iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, kənardan müdaxilə etməməli, iclasın normal gedişini və iş qaydasını pozmamalı, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, qanunsuz hərəkətlərə çağırmamalıdır.

Qanunda deputatın başqa deputatın əvəzinə səs verməsi də qadağan edilir. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər tətbiq olunur.

Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan parlamentində dava-dalaşlara az rast gəlinsə də, deputatların etik davranışları ilə bağlı problemlər mövcuddur. Məsələn, bəzi parlament üzvləri verdikləri açıqlamalarla qalmaqala səbəb olur, insanların qınağı, hətta təhqirləri ilə qarşılaşır. Deputatlardan biri bu yaxınlarda Rusiyada çalışan azərbaycanlıları “otxod” adlandırdı, ardınca isə baş nazirin müavni Əli Həsənovun hazırda həbsdə olan nəvəsi Nail Allahvardiyev barədə cəmiyyətə yalan informasiyalar ötürdü. Əlbəttə ki, qanunverici orqan üzvünün belə hərəkətləri haqlı olaraq cəmiyyətin qınağına tuş gəlir. Bəs yeni qanun nəyi dəyişəcək?

Ağacan Əbiyev: “Buna qədər nə olubsa olub”

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev  hesab edir ki, digər ölkələrlə müqayisədə azərbaycanlı deputatlarlar özlərini normal aparırKomissiya sədri etik davranış qaydalarının bütün dünya parlamentlərində qəbul edildiyini vurğulayıb:

“Əgər mandat daşıyırsansa, etik davranış qaydaları da olmalıdır. İndi qanun yeni imzalanıb. Ona görə də hələ nəsə demək tezdir. Buna qədər nə olubsa olub, bundan sonra vəziyyəti təhlil edib, fikir bildirmək olar. Amma bu günə qədər də deputatlarımız elə bir ciddi pozuntulara yol verməyiblər. Digər ölkələrin parlamentlərinə baxanda, bizim deputalar daha yaxşıdır. Başqa ölkələrin parlamentləridə deputatlar bir- birlərini döyürlər. Bizdə belə hallar olmayıb, olmayacaq da”.

A.Əbiyev vurğulayıb ki, qanun qəbul olunana kimi kimlərsə nəsə danışıb, nəsə edib:

“Qanun yeni tətbiq edilib. Mən indidən eksprement aparmaq istəmirəm. Bir ildən sonra vəziyyət barədə danışmaq olar. İndi bütün deputatlar tətildədir. Qayda pozan da yoxdur. Burada Milli Məclisdə etik qaydaların pozulmasından söhbət gedir. Kimsə etik qaydaları parlamentdən kənarda, şəhərdə, kənddə pozacaqsa, ona Milli Məclis baxmayacaq. Yerli orqanları tərəfindən baxılacaq. 15 sentyabrı gözləyək. Məsələn, hansı deputat iclasa gəlməsə, çağırıb səbəbini soruşacağıq".

Komissiya sədri deyib ki, çox ölkələrun parlamentlərini görüb və qənaəti də belədir ki, bizim deputatlarımız digər ölkələrin deputatlarına nümunə ola bilər.  

“Hər bir deputat öz davranışı ilə cəmiyyətə müsbət nümunə olmalıdır”

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə deyib ki, qanun birinci dəfədir qəbul edilir və tətbiqi ilə bağlı sərəncam verilir:

“Eyni zamanda bu qanundan irəli gələrək müəyyən qanunlarda müvafiq dəyişiklik edilməsi barədə tapşırıq verilib. İlk növbədə burada parlamentin üzvündən qanuna hörmət, cəmiyyətdə etik qaydaların gözlənilməsi tələb olunur. Bu, deputatın üzərinə bir vəzifə kimi qoyulur. Eyni zamanda orda xüsusi bir bənd var, əgər deputatın etik davranışı qanunlara zidd olarsa, parlamentin, dövlətin adına ləkə olarsa, əlbəttə mandatından məhrum da oluna bilər. Amma mandatdan məhrum olunma məsələsi artıq deputatın törətdiyi əməldən asılı olacaq”.

Millət vəkili deyib ki, parlament bir- iki nəfərdən ibarət deyil: “Parlamentin 125 üzvü var və onların arasında cəmiyyətdə kifayət qədər yüksək nüfuzu olan, dəfələrlə seçicinin etimadını doğruldan nüfuzlu üzvlərimiz də var. Həm parlament rəhbərliyi, həm parlamentin üzvləri bu gün cəmiyyətə yaxşı mənada nümunədirlər. Onlar dövlətin və cəmiyyətin aktual məsələləri üzrə mövqelərini bildirirlər. Problemləri qaldırırlar, onların həlli ilə bağlı dövlət orqanları ilə işləyirlr. Bu gün deputatların qapısı seçicilər üçün açıqdır. Həmişə seçicilərin qaldırdıqları məsələləri parlamentdə səsləndirir, həllinə çalışırlar. Bu gün ümumən götürdükdə deputatlarımız cəmiyyətin tələblərinə cavab verirlər. Mən həmkarlarımın yüzlərlə, minlərlə müsbət addımları haqqında nümunələr gətirə bilrəm. Düzdür, arada verdiyi bəyanat və yaxud etdiyi hərəkətlə cəmiyyətdə narazlıq doğuran hallara səbəb olan deputatlar da olur. Ona görə beş ildən bir seçki keçirilir və hər beş ildən bir deputat iddiasında olan şəxs yenidən cəmiyyətin etimadını qazanmağa çalışır. Etimadını itirənlərə seçicilər “yox” deyirlər, yaxud da onun özü nüfuzunun aşağı olduğunu bilib namizdəliyini vermir. Bununla belə hər bir deputat öz davranışı, fəaliyyəti, etdiyi çağrışlarla cəmiyyətə müsbət nümunə olmalıdır.

P.Sultanova

 

 

Paylaş:
1039

Son xəbərlər

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07
Bütün xəbərlər