Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli açıqlanıb

11:41 - 09 / 08 / 2017
Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli açıqlanıb

Bu həftə Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümü start götürəcək.

1news.az-ın Peşəkar Futbol Liqasına istinadən verdiyi xəbərə görə, üç günü əhatə edəcək ilk turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Çempionata və ilk tura avqustun 11-də “Bakcell Arena”da paytaxtın “Neftçi” komandası ilə Ağdamın “Qarabağ” klubunun görüşü ilə start veriləcək.

Avqustun 12-də “İnter” “Qəbələ” ilə üz-üzə gələcək. Bir gün sonra isə “Zirə” debütant “Səbail”i, “Sumqayıt” isə “Kəpəz”i qonaq edəcək.

Topaz Premyer Liqası

I tur

11 avqust (cümə)

“Neftçi” – “Qarabağ”
“Bakcell Arena”, 21:00

12 avqust (şənbə)

“İnter” – “Qəbələ”
“İnter Arena”, 20:00

13 avqust (bazar)

“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 19:00

“Sumqayıt” – “Kəpəz”
“Kapital Bank Arena”, 21:00

Babək Cahandarov

Paylaş:
978

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər