İstidən gileylənənlərə şad xəbər: Yağış yağacaq, temperatur 3-5 dərəcə aşağı enəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İstidən gileylənənlərə şad xəbər: Yağış yağacaq, temperatur 3-5 dərəcə aşağı enəcək

12:14 - 09 / 08 / 2017
İstidən gileylənənlərə şad xəbər: Yağış yağacaq, temperatur 3-5 dərəcə aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının 10-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  28-29, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.

Meteoroloqların xəbərdarlığına görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 10-11-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.

Tibbi meteoroloji proqnoza görə, avqustun 10-11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enməsi müsbət amildir.

Azərbaycanın rayonlarında avqustun 10-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, Böyük Qafqazın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. 

Meteoroloqların xəbərdarlığına görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 10-u səhərdən 11-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Böyük Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.

Babək Cahandarov

Paylaş:
625

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər