FİFA-nın yeni reytinqi: millimiz bir pillə irəlilədi | 1news.az | Xəbərlər
Futbol

FİFA-nın yeni reytinqi: millimiz bir pillə irəlilədi

13:51 - 10 / 08 / 2017
FİFA-nın yeni reytinqi: millimiz bir pillə irəlilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

1news.az-ın məlumatına görə, KONKAKAF kuboku və yoxlama oyunlarının nəticələri siyahıda bir sıra dəyişikliklərə səbəb olub.

Ölkəmizin mövqeyində də dəyişiklik qeydə alınıb. Belə ki, hesabında 427 xal olan Azərbaycan millisi bir pillə irəliləyərək 79-cu sıraya yüksəlib.

Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər baş verib. Almaniyanı qabaqlayan Braziliya yenidən zirvəni ələ keçirib.

İsveçrə və Polşa Portuqaliyanı arxada qoymağı bacarıb. Fransa isə mövqeyini Belçikaya verib.

İlk “onluq”

1 (2). Braziliya – 1604

2 (1). Almaniya – 1549

3 (3). Argentina – 1399

4 (5). İsveçrə - 1329

5 (6). Polşa - 1319

6 (4). Portuqaliya – 1267

7 (7). Çili – 1250

8 (8). Kolumbiya – 1208

9 (10). Belçika – 1194

10 (9). Fransa – 1157

Babək Cahandarov

Paylaş:
846

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər