“Dəniz kuboku - 2017” müsabiqəsinin iştirakçıları arasında mini-futbol yarışı təşkil olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dəniz kuboku - 2017” müsabiqəsinin iştirakçıları arasında mini-futbol yarışı təşkil olunub – FOTO

14:58 - 10 / 08 / 2017
“Dəniz kuboku - 2017” müsabiqəsinin iştirakçıları arasında mini-futbol yarışı təşkil olunub – FOTO

“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi, Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisi, İran HDQ-nin “Cövşən” raket kateri və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisinin ekipajları mini-futbol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Dənizkənarı Milli Parkdakı idman meydançasında təşkil olunan oyunlar olimpiya sistemi üzrə keçirilib.
Azərbaycan və İran komandaları arasında keçirilən görüşdə meydan sahibləri 6-3 hesabı ilə qalib gəliblər.

Rusiya və Qazaxıstan komandaları arasında keçirilən görüşdə isə Rusiya dənizçiləri 3-2 hesabı ilə uğur qazanıb.

Gərgin final oyununda Azərbaycan dənizçiləri Rusiya komandasına 8-5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Üçüncü yer uğrunda keçirilən görüşdə isə İran dənizçiləri Qazaxıstan komandasını 5-2 hesabı ilə məğlub ediblər.

Sonda komandalara medallar, fəxri fərmanlar, hədiyyələr və kuboklar təqdim olunub.

Babək Cahandarov

Paylaş:
613

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər