Bakıda baba ilə nəvəni maşın vurub: ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda baba ilə nəvəni maşın vurub: ölən var

15:43 - 10 / 08 / 2017
Bakıda baba ilə nəvəni maşın vurub: ölən var

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə büş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən axşam saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub.

Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
585

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər