Nazirlik havada tozun miqdarının çox olmasına aydınlıq gətirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik havada tozun miqdarının çox olmasına aydınlıq gətirdi

18:05 - 10 / 08 / 2017
Nazirlik havada tozun miqdarının çox olmasına aydınlıq gətirdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havada tozun miqdarının çox olmasına aydınlıq gətirib.

1news.az xəbər verir ki, Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına görə, bu gün səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib. Buna səbəb yer səthindən tozun havaya qalxması olub.

“Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib. Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır”- deyə, Departamentdən bildiriblər.

Babək Cahandarov

Paylaş:
706

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər