Uşaq evlərində yaşayan və sağlamlıq imkanları məhdud uşaqlar oftalmoloji müayinələrdən keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaq evlərində yaşayan və sağlamlıq imkanları məhdud uşaqlar oftalmoloji müayinələrdən keçirilib – FOTO

17:28 - 11 / 08 / 2017
Uşaq evlərində yaşayan və sağlamlıq imkanları məhdud uşaqlar oftalmoloji müayinələrdən keçirilib – FOTO

Gəncə və Masallı şəhərlərində, eləcə də Bakı şəhərinin Sağan qəsəbəsində oftalmoloji müayinələr keçirilib.

1news.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan budəfəki müayinələr uşaq evlərindəki və sağlamlıq imkanları məhdud şəxslər üçün sosial xidmət müəssisələrindəki uşaqları əhatə edib.

200-dən çox uşaq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının, Mərkəzin Gəncə və Masallı şəhərlərindəki regional şöbələrinin peşəkar həkim briqadası tərəfindən ödənişsiz qaydada qlaukoma, katarakta, çəpgözlük, gözün müxtəlif iltihabı xəstəlikləri, göz dibi patologiyası və digər müayinələrdən keçirilib, 30-dan çox uşaq göstərişə uyğun eynək və dərman vasitələri ilə təmin olunub.

Müalicəsi qısa müddətdə mümkün olmayan və əməliyyata ehtiyacı olan xəstələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə dəvət edilib.

Qeyd edək ki, RİİB-in dəstəyi ilə müxtəlif regionlarda mütəmadi olaraq tibbi müayinələr təşkil edilir. Bu aksiyaların digər regionlarda da davam etdirilməsi nəzərdə tutulub.

Babək Cahandarov

Paylaş:
1234

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər