Ramil Quliyev dünya çempionu olaraq Azərbaycan bayrağını qaldırdı – FOTO – VİDEO
Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının 7-ci gününə yekun vurulub.
1news.az-ın məlumatına görə, mötəbər yarışda ölkəmizi təmsil edən hər 4 idmançımız medalçılar sırasına düşə bilməyib.
Bununla belə yarışın 7-ci günü azərbaycanlı atlet Ramil Quliyev üçün olduqca uğurlu alınıb. Belə ki, 2013-cü ildən Türkiyə yığmasının şərəfini qoruyan sprinter 200 metr məsafəyə qaçışda bütün rəqiblərini arxada qoyaraq tarixi uğura imza atıb. Məsafəni 20,09 saniyəyə qət edən R.Quliyev dünya çempionu olub.
Qızıl medal qazanan həmyerlimiz çempion tituluna yiyələndikdən sonra stadionda Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurub.
Babək Cahandarov
1391