Lənkəranda söyüd ağaclarını kəsən şəxs cəzalandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda söyüd ağaclarını kəsən şəxs cəzalandırılıb

11:37 - 11 / 08 / 2017
Lənkəranda söyüd ağaclarını kəsən şəxs cəzalandırılıb

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi  nəzarət etdiyi inzibati ərazilərdə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib. 

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Lənkəran, Lerik, Yardımlı, Masallı, Astara və Cəlilabad rayonlarında keçirilən reyd zamanı Lənkəran rayonu Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 24-40 sm diametrdə yaşköküstə 8 söyüd ağacının kəsildiyi aşkar olunub.

Araşdırma zamanı ağacların Aşağı Nüvədi qəsəbə sakini Ramik Bağırov tərəfindən kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və  qanun pozucusuna 2450 manat məbləğində ziyan tətbiq edilib.

Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və R.Bağırov barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Lənkəran şəhər  Prokurorluğuna  göndərilib.

Babək Cahandarov

Paylaş:
760

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər