Bakıda axtarışda olan kirayənişin otaq yoldaşını qətlə yetirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda axtarışda olan kirayənişin otaq yoldaşını qətlə yetirdi

16:19 - 14 / 08 / 2017
Bakıda axtarışda olan kirayənişin otaq yoldaşını qətlə yetirdi

Bakıda qətl hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, avqustun 13-də saat 4:00 radələrində Nərimanov rayonu ərazisində kirayədə yaşayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Hacıyev münaqişə zəminində otaq yoldaşı, Gəncə şəhər sakini Orxan Mustafayevə küt alətlə çoxsaylı xəsarət yetirib.

Əlahiddə Çevik Polis Alayı və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev tutulub. Onun Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Babək Cahandarov

Paylaş:
661

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər