Dünya Güləş Birliyi gələn həftə start götürəcək Dünya çempionatı öncəsi güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ilk onluqda ümumilikdə 19 güləşçimizin adı var.
Sərbəst güləşçilərin siyahısında Georgi Edişeraşvili (57 kq), yunan-Roma güləşçilərin siyahısında Rəsul Çunayev (71 kq) öz çəkilərində ilk sırada qərarlaşıb.
Sərbəst güləşçilərimizdən Mahir Əmiraslanov, Hacı Əliyev, Qalib Əliyev, Cəbrayıl Həsənov, Murad Süleymanov, Aleksandr Qostiyev, Aslanbek Alborov və Cəmaləddin Məhəmmədovun adı ilk onluğa daxil edilib.
Qadın güləşçilərdən Mariya Stadnik, Nataliya Sinişin, Alyona Kolesnik və Tatyana Omelçenko onluqda yer alıb.
Yunan-Roma güləşçilərinin onluğunda isə Elvin Mürsəliyev, Rafiq Hüseynov, İslam Abbasov, Orxan Nuriyev və Sabah Şəriətinin adlarını görmək mümkündür.
57 kq
1. Georgi Edişeraşvili - Avropa çempionatı 1-ci yer (2)
5. Mahir Əmiraslanov - Yaşar Doğu turniri 1-ci yer (7)
16. Mircəlal Həsənzadə - Tbilisi Qran Pri turniri 2-ci yer (13)
61 kq
6. Hacı Əliyev - Dünya Kuboku 1-ci yer (6)
7. Qalib Əliyev - Əli Əliyev Pri turniri 1-ci yer (11)
65 kq
12. Məhəmməd Müslümov - Dan Kolov turniri 3-cü yer (10)
70 kq
13. Hacımurad Ömərov - U-23 AÇ 2-ci yer (14)
15. Ruslan Dibirhacıyev - Avropa çempionatı 3-cü yer (13)
74 kq
3. Cəbrayıl Həsənov - Olimpiya Oyunları 3-cü yer (3)
9. Murad Süleymanov - Avropa çempionatı 2-ci yer (9)
86 kq
3. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (4)
14. Şərif Şərifov - Olimpiya Oyunları 3-cü yer (12)
97 kq
4. Aslanbek Alborov - Yaşar Doğu turniri 1-ci yer (5)
125 kq
4. Cəmaləddin Məhəmmədov - Avropa çempionatı 2-ci yer (4)
|
48 kq
2. Mariya Stadnik - Avropa çempionatı 1-ci yer (2)
18. Türkan Nəsirova - Gənclərin DÇ 2-ci yer (nr)
55 kq
8. Alyona Kolesnik - Avropa çempionatı 3-cü yer (9)
58 kq
9. Nataliya Sinişin - Dan Kolov turniri 3-cü yer (9)
60 kq
6. Tatyana Omelçenko - Avropa çempionatı 3-cü yer (5)
69 kq
14. Elis Manolova - Yarıgin Qran Pri turniri 3-cü yer (15)
|
59 kq
12. Murad Məmmədov - U-23 AÇ 1-ci yer (9)
18. Rövşən Bayramov - Olimpiya Oyunları 5-ci yer (15)
66 kq
15. Kamran Məmmədov - Nikola Petrov turniri 1-ci yer (12)
71 kq
1. Rəsul Çunayev - Nikola Petrov turniri 1-ci yer (2)
75 kq
10. Elvin Mürsəliyev - Dünya Kuboku 1-ci yer (11)
20. Həsən Əliyev - Vehbi Emre turniri 3-cü yer (5@71)
80 kq
7. Rafiq Hüseynov - Qızıl Qran Pri 1-ci yer (5)
85 kq
3. İslam Abbasov - Vehbi Emre turniri 2-ci yer (3)
98 kq
8. Orxan Nuriyev - U-23 AÇ 1-ci yer (8)
130 kq
7. Sabah Şəriəti - Olimpiya Oyunları 3-cü yer (6)
|
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Babək Cahandarov