SOCAR İstiqrazları qiymətli kağızlar bazarına marağı artırıb - BFB nümayəndəsi | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR İstiqrazları qiymətli kağızlar bazarına marağı artırıb - BFB nümayəndəsi

10:28 - 14 / 08 / 2017
SOCAR İstiqrazları qiymətli kağızlar bazarına marağı artırıb - BFB nümayəndəsi

Bakı Fond Birjasında SOCAR İstiqrazları ilə əməliyyatların belə aktiv olmasının əsas səbəbi adı çəkilən istiqrazların likvidliyi və şərtlərinin əlverişli olmasıdır. 

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Fond Birjasının (BFB) Ticarət və Üzvlük Qrupu rəhbəri Rəxşəndə Əlili bildirib. 

Xatırladaq ki, buraxılmasından 1 ildən də az vaxt keçməsinə baxmayaraq SOCAR İstiqrazları üzrə təkrar bazarda əməliyyatlarının həcmi 100 milyon dolları, yəni istiqraz emissiyasının öz həcmini üstələyib. Bu da Azərbaycanın qiymətli kağızlar bazarında dövriyyə həcminə və əməliyyatların intensivliyinə görə ilk belə haldır.

«İlk növbədə bu SOCAR istiqrazlarının likvidliyinin göstəricisidir. Hazırda yerli qiymətli kağızlar bazarında belə likvid alətlərin olması sevindirici haldır»-deyə BFB təmsilçisi bildirib.

R.Əlilinin sözlərinə görə, SOCAR İstiqrazlarına böyük marağın olacağı hələ istiqraz buraxılanda məlum olmuşdu:

«SOCAR İstiqrazlarının abunə yazılışı zamanı ümumi təklif həcmindən təxminən 2 dəfə çox tələb yığılmışdı. Bu fakt özlüyündə Socar istiqrazları ilə təkrar bazar əməlyyatlarının aktiv olacağına işarə idi».

BFB nümayəndəsi bildirib ki, hazırda istiqrazlara olan tələb istiqrazların əlverişli şərtləri ilə yanaşı, SOCAR-a inamın da göstəricisidir:

«Sözsüz ki, bazarda müşahidə olunan aktiv marağın və istiqrazlara olan tələbin əsasında emitentin fəaliyyəti, beynəlxalq reytinqi, maliyyə göstəriciləri və istiqrazların təklif etdiyi faiz dərəcəsi dayanır».

Eyni zamanda, Bakı Fond Birjası tərəfindən SOCAR istiqrazları üzrə market-meykerin təyin edilməsi, SOCAR-ın da  təkrar bazar əməliyyatları zamanı təminatçı olması istiqrazlarla alqı-satqıların həcminə və istiqrazın likvidliyinə əhəmiyyətli təsir edir.

R.Əlilinin sözlərinə görə, SOCAR istiqrazlarının buraxılması və onlarla əməliyyatların böyük aktivliyi Azərbaycan qiymətli kağızlar bazarı üçün böyük əhəmiyət daşıyır:

«Belə ki, 2016-ci ilin son rübündə baş tutan bu emissiya Qiymətli Kağızlar Bazarı haqqında Qanunun tələblərinə uyğun olaraq Bakı Fond Birjasının (CETA) ticarət platforması vasitəsilə aparılan ilk abunə yazılışı qaydasında kütləvi təklif olmuşdur. Emissiyanın (kütləvi təklifin) həcminin çox olması və istiqrazların bölüşdürülməsi zamanı SOCAR tərəfindən fiziki şəxslərə üstünlük verilməsi nəticədə insanlarda ümumilikdə qiymətli kağızlara və xüsusilə SOCAR istiqrazlarına marağı daha da artırdı».

BFB təmsilçisi bildirir ki, mözcud maliyyə bazarlarında xarici valyutada təklif edilən faiz dərəcəsi baxımından SOCAR istiqrazları investorlar üçün əlverişli investisiya aləti kimi hesab edilir və bu da investor bazasının genişlənməsinə öz müsbət təsirini göstərir.

Mövzu ilə əlaqədar oxuyun:       

SOCAR-dan yeni investisiya imkanı

Natiq Əmirov: SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir – FOTO

1news.az

Paylaş:
1619

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər