Sağlam təhsil siniflərinin sayı artırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sağlam təhsil siniflərinin sayı artırılıb

12:47 - 14 / 08 / 2017
Sağlam təhsil siniflərinin sayı artırılıb

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilir.

1news.az-ın verdiyi xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müvafiq əmrinə əsasən, layihə 2017-2018-ci tədris ilində paytaxtdakı 29 tam orta məktəbin 40 sinfini əhatə edəcək.

“Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi məktəblərdə şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir.

Layihə 2016-2017-ci dərs ilində BŞTİ-nin tabeliyindəki 27 tam orta məktəbdə 36 sinifdə icra edilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” pilot layihəsinin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb.

S.Xankişiyeva

Paylaş:
709

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər