Atasına dovğanın içində narkotik keçirmək istəyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Atasına dovğanın içində narkotik keçirmək istəyib

13:38 - 15 / 08 / 2017
Atasına dovğanın içində narkotik keçirmək istəyib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, xidmətin Baş idarəsinin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Seyid-Hüseyn Mirmehti oğlu Ağamiyə oğlu Şirvan şəhər sakini Mirmövsüm Seyid-Hüseyn oğlu Ağami tərəfindən gətirilmiş sovqata və əşyalara baxış keçirilən zaman plastik qabda olan dovğanın içərisində gizlədilmiş 4 ədəd sellofan bükülüdən ümumi çəkisi 1.663 qram olan kokain aşkar edilərək götürülüb.

Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Sabunçu Rayon Polis İdarəsinə göndərilib.

1news.az

Paylaş:
642

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər