Bakıda beşmərtəbəli yaşayış binasında ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda beşmərtəbəli yaşayış binasında ev yanıb

10:28 - 15 / 08 / 2017
Bakıda beşmərtəbəli yaşayış binasında ev yanıb

Bakıda yerləşən evlərdən birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 16 m² sahədə qismən yanıb və plastik qapı əriyib.

Yanğın zamanı ev sahibi yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
880

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər