“Qarabağ” tarixi oyunda qalib gəldi - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” tarixi oyunda qalib gəldi - VİDEO

22:23 - 15 / 08 / 2017
“Qarabağ” tarixi oyunda qalib gəldi - VİDEO

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.

1news.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”i qəbul edib. Qarşılaşmanın taleyini 1 qol həll edib.

Belə ki, ilk hissədə hesabı açan Mahir Mədətov Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarını dolduran azarkeşləri sevindirib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək. 

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyun

15 avqust

“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) - 1:0

Qol: Mahr Mədətov, 25

1news.az

Paylaş:
1420

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər