Bakıda kafedə kütləvi dava olub: ölən və xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kafedə kütləvi dava olub: ölən və xəsarət alanlar var

11:39 - 15 / 08 / 2017
Bakıda kafedə kütləvi dava olub: ölən və xəsarət alanlar var

Bakıda qətl törədilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb.

Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Hazırda hadisəni digər iştirakçılarının olub-olmaması araşdırılır.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Babək Cahandarov

Paylaş:
917

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər