Binəqədi-Novxanı avtomobil yolunda su borusunun partlaması yolun çökməsinə səbəb olub - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Binəqədi-Novxanı avtomobil yolunda su borusunun partlaması yolun çökməsinə səbəb olub - FOTO

21:56 - 16 / 08 / 2017
Binəqədi-Novxanı avtomobil yolunda su borusunun partlaması yolun çökməsinə səbəb olub - FOTO

Binəqədi-Novxanı avtomobil yolunun 11 –ci kilometrində çökmə hadisəsi qeydə alınıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir. Yolun çökən hissəsinin dərinliyi 5-6 santimetrdir.

Çökməyə səbəb yolun əsaslı şəkildə yenidən qurulmasından öncə aidiyyəti qurum tərəfindən çəkilmiş yeni su borusunun partlamasıdır. Nəticədə su yol yatağını yuyaraq yol əsasının çökməsinə gətirib çıxarıb. Çökmə hadisəsi nəticəsində avtomobil yolunun çiyin hissəsi də tamamilə sıradan çıxıb.

Dərhal əraziyə “ Azəravtoyol” ASC- nin əməkdaşları cəlb olunub və yolun bərpası istiqamətində lazımi tədbirlər həyata keçirilir.

1news.az

Paylaş:
1093

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər