Viktor Valdes karyerasını başa vurub | 1news.az | Xəbərlər
Futbol

Viktor Valdes karyerasını başa vurub

21:49 - 17 / 08 / 2017
Viktor Valdes karyerasını başa vurub

İspaniya millisinin və “Barselona”nın sabiq qapıçısı Viktor Valdes futbolçu karyerasını başa vurub.

1news.az-ın məlumatına görə, 35 yaşlı qolkiper “Deportivo”, “Las-Palmas”, “Betis”, “Sportinq” klublarından təklif almasına baxmayaraq, bu qərarı verib. Onun fəaliyyətini televiziyada davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, V.Valdes 2002-2014-cü illərdə "Barselona”da çıxış edib. O, Kataloniya təmsilçisinin heyətində 6 dəfə İspaniya çempionatının qızıl medallarını qazanıb, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə isə klublararası dünya çempionatının qalibi olub. İspaniya yığması ilə Avropa çempionu olan qolkiper, “Barselona”dan sonra İngiltərənin “Mançester Yunayted” və “Midlsbro”, eləcə də Belçika “Standard”ının formasını geyinib.

1news.az

Paylaş:
1078

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər