Çempionlar Liqası: Qlazqoda darmadağın, “Başakşəhər” məğlub oldu | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqası: Qlazqoda darmadağın, “Başakşəhər” məğlub oldu

11:09 - 17 / 08 / 2017
Çempionlar Liqası: Qlazqoda darmadağın, “Başakşəhər” məğlub oldu

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

1news.az-ın məlumatına görə, azarkeşlər ikinci oyun günündə 5 qarşılaşmaya şahidlik ediblər.

Günün ən məhsuldar matçı Qlazqoda olub. “Seltik” Qazaxıstanın “Astana” klubunu 5:0 hesabı ilə darmadağın edib. Toplardan ikisini isə qonaq komandanın futbolçuları öz qapılarından keçiriblər.

Türkiyə təmsilçisi “Başakşəhər” də məğlubiyyətə üzülüb. Belə ki, evdə İspaniyanın “Sevilya” klubunu qəbul edən İstanbul təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları avqustun 22-23-də baş tutacaq. Bu mərhələnin qalibləri qrupa, məğlubları Avropa Liqasının qrupuna yüksələcək.

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyunlar

16 avqust

 

“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya) – 2:1

Qollar: Odjidja, 66, Romao, 90 – Heber, 42

 

“Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan) – 5:0

Qollar: Petnikov, 32-öz qapısına, Sinkleyr, 42, 60, Forrest, 79, Şitov, 88-öz qapısına

 

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Maribor” (Slovaniya) – 2:1

Qollar: Nvakae, 12, Tsedek, 45 - Tavares, 10

 

“Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya) – 1:2

Qollar: Elia, 64 – Eskudero, 12, Ben Yedder, 84

 

“Napoli” (İtaliya) - “Nitsa” (Fransa) – 2:0

Qollar: Mertens, 13, Jordinyo, 70

 

Babək Cahandarov

Paylaş:
838

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər