“Qəbələ” futbol klubu Tbilisi “Dinamo”su ilə yoldaşlıq oyunu keçirəcək | 1news.az | Xəbərlər
İdman

“Qəbələ” futbol klubu Tbilisi “Dinamo”su ilə yoldaşlıq oyunu keçirəcək

20:17 - 19 / 08 / 2017
“Qəbələ” futbol klubu Tbilisi “Dinamo”su ilə yoldaşlıq oyunu keçirəcək

“Qəbələ” Futbol Akademiyasının komandaları Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə yoldaşlıq oyunları keçirəcək.

1news.az xəbər verir ki, qonşu ölkə təmsilçisinin iki komandası bu məqsədlə Qəbələyə gəlib. Bu, “Qəbələ” və “Dinamo” arasında qarşılıqlı razılıq əsasında gerçəkləşib. Razılaşmaya əsasən, iki klubun aşağı yaş qrupları üzrə komandaları arasında yoxlama oyunları keçiriləcək.

Anlaşmaya uyğun olaraq, ilk matçlar Qəbələ şəhər stadionunda keçiriləcək. Avqustun 21-də və 23-də “Qəbələ” və “Dinamo”nun U-13 və U-15 komandaları qarşılaşacaq.

Görüşləri AFFA-nın təyin etdiyi hakimlər briqadası idarə edəcək. Bir neçə aydan sonra isə “Qəbələ” digər iki yaş qrupu üzrə komandası Tbilisiyə səfərə yollanacaq və “Dinamo”dan olan həmyaşıdları ilə üz-üzə gələcək.

1news.az

Paylaş:
696

Son xəbərlər

Qaraçuxurda bir həftəlik körpə küçəyə atıldıBu gün, 12:293 nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət etdi - FOTOBu gün, 12:12Çin yük avtomobilləri Orta Dəhlizdən istifadə etməyə başlayıblarBu gün, 12:02“Neftçi” işçilərə yemək dəstəyini dayandırır - FOTOBu gün, 11:58Bakının Mikayıl Müşfiq küçəsində hərəkət tam məhdudlaşdırılacaqBu gün, 11:52Polis Yasamalda vətəndaşın evinə zərər vuran şirkətin söküntü işlərini dayandırıb - VİDEOBu gün, 11:41İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edibBu gün, 11:37Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!Bu gün, 11:28İranda prezident seçkiləri keçirilirBu gün, 11:25Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 11:21“İsa bulağı” istirahət kompleksinin açılışı olubBu gün, 10:54İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilibBu gün, 10:44Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıbBu gün, 10:36Putindən Ərdoğanla bağlı tərif dolu sözlər: Onun siyasi iradəsi beynəlxalq sülhə töhfə verirBu gün, 10:29Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıbBu gün, 10:29Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıbBu gün, 10:18Avropada daha bir “bozqurd” salamı - FOTOBu gün, 09:56Azərbaycan Prezidenti Xankəndi Konqres Mərkəzinin təməlini qoyubBu gün, 09:55Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olubBu gün, 09:43Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olubBu gün, 09:35
Bütün xəbərlər