Azərbaycanın ağır atletika yığmamızın sabiq üzvü Bolqarıstanda vəfat edib | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın ağır atletika yığmamızın sabiq üzvü Bolqarıstanda vəfat edib

18:04 - 20 / 08 / 2017
Azərbaycanın ağır atletika yığmamızın sabiq üzvü Bolqarıstanda vəfat edib

Bu gün Azərbaycan ağır atletika milli komandasının sabiq üzvü Veliçko Çolakov gözlənilmədən dünyasını dəyişib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, tanınmış atlet, Olimpiya Oyunlarının bürünc medalçısı səhər saatlarında dünyasını dəyişib.

Bolqarıstan mətbuatının yazdığına əsasən idmançı ürəyində yaranan problem səbəbindən ölüb. Son illərdə ürəyindən əziyyət çəkən 35 yaşlı Çolakovun bu gün səhhəti pisləşdikdən sonra təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Milliləşdirilmiş legionerimizin vətəni Bolqarıstanda, Smolyan şəhərində dəfn ediləcəyi bildirilir.

Qeyd edək ki, Bolqarıstan yığmasının heyətində Afina-2004-ün bürünc mükafatçısı olmuş ağır çəkili idmançı həmin il Avropa çempionu adını da qazanıb. O, 2003-cü ildə dünya çempionatının gümüş medalına yiyələnib. Pekin-2008-də dopinq səbəbindən 4 illik cəzalanan ağırlıqqaldıran 2010-cu ildə Azərbaycan vətəndaşlığını qəbul edib.

Yığmamızın heyətində yalnız London Olimpiadasına yollanan 105 kq çəkili atlet burada da zədələndiyindən podiuma çaxa bilməyib. O, sonra yenidən Azərbaycana dönmək istəsə də, həmyerlisi olan baş məşqçi Zlatan Vanev Çolakovun dövrünün keçdiyini əsas gətirib, buna mane olub.

S.Xankişiyeva

Paylaş:
954

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər