UNİCEF: Boko Haram bu il 83 uşağı canlı bomba kimi istifadə edib | 1news.az | Xəbərlər
Dünya

UNİCEF: Boko Haram bu il 83 uşağı canlı bomba kimi istifadə edib

11:23 - 23 / 08 / 2017
UNİCEF: Boko Haram bu il 83 uşağı canlı bomba kimi istifadə edib

Birləşmiş Millətlər Təşkilatı, Nigeriyanın şimal-şərqində Boko Haram qiyamçılarının canlı bomba kimi istifadə etdiyi uşaq sayında böyük artım olduğunu bildirib.

1news.az-ın BBC Azərbayca-a istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) verdiyi açıqlamaya görə, təkcə 2017-ci ildə 83 uşaq canlı bomba kimi istifadə edilib. Bu rəqəm, 2016-cı ildəki rəqəmdən dörd dəfədən çoxdur. Qurbanların 55-i 15 yaşınadək qızlar olub, hətta bir qızın qucağındakı körpəyə də bomba bağlanıb.

UNICEF Boko Haram-ın bu taktikasını qəddarlıq kimi təsvir edib və əlavə edib ki, bu uşaqlar cinayətkar deyil, zərərçəkmişlərdir.

BMT, həmçinin Nigeriyanın şimal-şərqində 2014-cü ildən etibarən 127 uşağın canlı bomba kimi istifadə edildiyini açıqlayıb. İslamçı Boko Haram təşkilatı bundan əvvəl məktəbli qızları qaçırıb, oğlanları isə hərbi xidmətə məcbur edib.

Ölkənin şimal-şərqindəki münaqişələr nəticəsində 1,7 milyon insan evlərini tərk etməli olub.

Bu il bölgəyə təsir edən quraqlığa görə 450 min uşağın qidalanma şərtləri ciddi şəkildə çatışmır.UNİCEF: Boko Haram bu il 83 uşağı canlı bomba kimi istifadə edib

S.Xankişiyeva

Paylaş:
777

Son xəbərlər

Bütün xəbərlər