“Qarabağ” tarixi uğurun bir addımlığında | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” tarixi uğurun bir addımlığında

11:40 - 23 / 08 / 2017
“Qarabağ” tarixi uğurun bir addımlığında

Bu gün Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində növbəti cavab oyunları keçiriləcək.

1news.az-ın məlumatına görə, tarixində ilk dəfə Çempionlar Liqasının bu mərhələsində çıxış edən “Qarabağ” Bakıdakı ilk oyunda minimal hesabla qalib gəldiyi “Kopenhagen”lə çətin səfər matçına çıxacaq.

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələrinin qrup mərhələsinə düşmək şansları kifayət qədər yüksək qiymətləndirilir. Belə ki, səfərdə istənilən hesablı heç-heçə, hətta minimal fərqli, amma qollu məğlubiyyət də təmsilçimizin lehinə olacaq.

Onu da bildirək ki, bu qarşılaşma Azərbaycan klublarının avrokuboklar tarixində 300-cü, Çempionlar Liqasında isə 60-cı sınağı olacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi

Cavab oyunu

23 avqust

22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Alberto Undiano Mallenko

Baş hakimin köməkçiləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines

Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines

Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya)

Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya)

UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)

Kopenhagen. “Tella Parken” stadionu

İlk oyun – 0:1

Babək Cahandarov

Paylaş:
743

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər