Dünya çempionunu öldürən azərbaycanlının saxlanılması üçün mükafat təyin edilib - FOTO
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Xabarovsk vilayəti üzrə idarəsi pauerliftinq üzrə dünya çempionu Andrey Draçevi öldürən azərbaycanlının yeri barədə məlumatın müqabilində 500 min rubl (14 min manatdan artıq) pul mükafatı təyin edib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya DİN-in saytında məlumat verilib.
Məlumatda bildirilir ki, qəsdən adam öldürmə maddəsi ilə 1992-ci il təvəllüdlü Anar Allahverənov axtarışdadır. Mükafat federal axtarışa verilmiş bu şəxsin saxlanılmasına kömək edəcək informasiyaya görə veriləcək. Güc strukturu məlumat verən şəxsin kimliyinin gizli saxlanılacağına zəmanət verir.
Qeyd edək ki, avqustun 20-də azərbaycanlı döyüş ustası Anar Allahverənov ona “çuşka” dediyi üçün pauerliftinq üzrə dünya çempionu Andrey Draçevi döyərək öldürüb. Ölüm anı müşahidə kameralarında qeydə alınıb.
Mövzu ilə əlaqədar oxuyun:
Dünya çempionunu öldürən azərbaycanlı federal axtarışa verilib – VİDEO
Dünya çempionunu öldürən azərbaycanlı tutulub – FOTO - VİDEO - YENİLƏNİB
S.Xankişiyeva