Avropanın ən yaxşı futbolçusu müəyyənləşib | 1news.az | Xəbərlər
Futbol

Avropanın ən yaxşı futbolçusu müəyyənləşib

21:30 - 24 / 08 / 2017
Avropanın ən yaxşı futbolçusu müəyyənləşib

Bu gün Avropanın ən yaxşı futbolçusunun adı açıqlanıb.

1news.az-ın məlumatına görə, Çempionlar Liqasının püşkatma mərasiminin keçirildiyi Monakoda həm də ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşib.

Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo bütün rəqiblərini qabaqlayıb.

Portuqaliyalı ulduz futbolçu “Barselona”nın hücumçusu Lionel Messi və “Yuventus”un kapitanı Canluici Buffonla mübarizədən qalib ayrılaraq, Avropada 2016/17 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, Ronaldo karyerasında 3-cü dəfə bu mükafatı qazanıb.

1news.az

Paylaş:
774

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər