“Liverpul” və “Sportinq” də Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandılar
Dünən baş tutan 5 qarşılaşma ilə Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub.
1news.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ”la yanaşı mötəbətr turnirin qrup mərhələsində çıxış edəcək daha dörd komandanın adına aydınlıq gəlib.
Belə ki, Ağdam təmsilçisi ilə yanaşı APOEL, “Liverpul”, “Sportinq” və MOİK komandaları da qitənin ən güclü klub turnirində mübarizəni davam etdirəcəklər.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunları
23 avqust
“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Santander, 45, Pavloviç, 66 - Dino, 63
İlk oyun - 0:1
“Slaviya” (Çexiya) - APOEL (Kipr) - 0:0
İlk oyun - 0:2
“Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) - 4:2
Qollar: Emre Can, 10, 21, Salah, 18, Firmino, 63 - Ut, 28, Vaqner, 79
İlk oyun - 2:1
“Styaua” (Rumıniya) - “Sportinq” (Portuqaliya) - 1:5
Qollar: Maranao, 20 - Dumbia, 13, Acuna, 60, Martins, 64, Bas Dost, 75, Battalya, 88
İlk oyun - 0:0
MOİK (Rusiya) - “Yanq Boyz” (İsveçrə) - 2:0
Qollar: Şennikov, 45, Zaqoev, 65
İlk oyun - 1:0
Babək Cahandarov