Avropa Liqasının qrup mərhələsində oynayacaq bütün komandalar məlum oldu | 1news.az | Xəbərlər
Futbol

Avropa Liqasının qrup mərhələsində oynayacaq bütün komandalar məlum oldu

10:52 - 25 / 08 / 2017
Avropa Liqasının qrup mərhələsində oynayacaq bütün komandalar məlum oldu

Dünən axşam keçirilən oyunlarla Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

1news.az-ın məlumatına görə, cavab oyunları çərçivəsində 22 qarşılaşma baş tutub ki, bununla da qrup mərhələsində çıxış etməyə vəsiqə qazanan bütün iştirakçıların adları məlum olub.

İki oyunun nəticəsinə görə, “Rusenborq” “Ayaks”ı, “Milan” isə “Şkendiya”nı mübarizədən kənarlaşdırıb.

İlk görüşdə “Vardar”a məğlub olan “Fənərbaxça” öz meydanında da rəqibinə uduzaraq mübarizəni dayandırmalı olub.

Ötən mərhələdə “Qəbələ”ni mübarizədən kənarlaşdıran “Panatinaikos” da “Atletiko” ilə ikinci dueldən də məğlub ayrılaraq turnirlə erkən vidalaşıb.

Qeyd edək ki, qrup mərhələsinin püşkatması bu gün keçiriləcək.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

24 avqust

 

AEK (Kipr) - Viktoriya” (Çexiya) - 0:0

İlk oyun - 1:3
 

“Dinamo” (Kiyev, Ukrayna) - Maritimo” (Portuqaliya) - 3:1

Qollar: Qarmaş, 33; Morozyuk, 35; Qonzales, 61 - Sen, 68

İlk oyun – 0:0

 

“Ostersun” (İsveç) - PAOK (Yunanıstan) - 2:0

Qollar: Qoddos, 71, 77

İlk oyun – 1:3
 

“Şerif” (Moldova) - Legiya” (Polşa) - 0:0

İlk oyun – 1:1

 

“Aleksandriya” (Ukrayna) - BATE (Belarus) - 1:2

Qollar: Qritsuk, 34 - İvaniç, 70, 73

İlk oyun – 1:1
 

“Zalsburq” (Avstriya) - Vitorul (Rumıniya) - 4:0

Qollar: Dabbur, 7; Qulbrandsen, 38; Berişa, 52 (pen.); Haydara, 88

İlk oyun – 3:1
 

“Makkabi” (Təl-Əviv, İsrail) - Altax” (Avstriya) - 2:2

Qollar: Kyartansson, 41; Yeini. 73 - Aiqner, 20; Netzer, 59

İlk oyun – 1:0

 

“Zenit” (Rusiya) – “Utrext” (Hollandiya) - 2:0

Qollar: Kokorin, 9, 105

İlk oyun – 0:1

 

“Fənərbaxça” (Türkiyə) - Vardar” (Makedoniya) - 1:2

Qollar: Noyştedter, 61 - Jiqauri, 68; Qliqorov, 90+1

İlk oyun – 0:2

 

“Suduva” (Litva) - “Ludoqorets” (Bolqarıstan) - 0:0

İlk oyun – 0:2

 

“Skenderbeu” (Albaniya) -  “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:0

İlk oyun – 1:1

 

“Midtyulland” (Danimarka) - “Apollon” (Kipr) - 1:1

Qollar: Hassan, 10 - Şembri, 50

İlk oyun – 2:3
 

AEK (Yunanıstan) - Brügge” (Belçika) - 3:0

Qollar: Xristodulopulos, 27 (pen.); Simoes, 39, 90+1

İlk oyun - 0:0
 

 

“Videoton” (Macarıstan) - Partizan” (Serbiya) - 0:4

Qollar: Tavamba, 6; Suma, 24; Djurdjeviç, 35, 87

İlk oyun – 0:0

 

“Braqa” (Portuqaliya) - Hafnarfyordur” (İslandiya) - 3:2

Qollar: Dias, 39, 80; Souza, 90+3 - Bodvarsson, 16, 51

İlk oyun – 2:1

 

“Marsel” (Fransa) - Domjale” (Sloveniya) - 3:0

Qollar: Germain, 28, 56; Tauvin, 85

İlk oyun – 1:1

 

“Atletik” (Bilbao, İspaniya) - Panatinaikos” (Yunanıstan) - 1:0

Qol: Muniain, 22

İlk oyun – 3:2

 

“Rusenborq” (Norveç) - Ayaks” (Hollandiya) - 3:2

Qollar: Bendtner, 26; Adeqbenro, 80, 89 - Yunes, 60; Şone, 61

İlk oyun – 1:0
 

“Şkendiya” (Makedoniya) - Milan” (İtaliya) - 0:1

Qol: Kutrone, 13

İlk oyun – 0:6

 

“Hayduk” (Xorvatiya) - Everton (İngiltərə) - 1:1

Qollar: Radoseviç, 43 - Siqurdsson, 46

İlk oyun – 0:2

 

“Srvena Zvezda” (Serbiya) - Krasnodar” (Rusiya) - 2:1

Qollar: Radonyiç, 7; Kanqa, 46 - Qranqvist, 81 

İlk oyun – 2:3
 

“Austriya” (Avstriya) - “Osiyek” (Xorvatiya) - 0:1

Qol: Boban, 62

İlk oyun – 2:1

 

Babək Cahandarov

Paylaş:
992

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər