Rauf Əliyev Albaniyada qol hesabını açıb | 1news.az | Xəbərlər
Futbol

Rauf Əliyev Albaniyada qol hesabını açıb

20:10 - 27 / 08 / 2017
Rauf Əliyev Albaniyada qol hesabını açıb

Millimizin hücumçusu Rauf Əliyevin çıxış etdiyi Albaniyanın “Kukesi” klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

1news.az-ın məlumatına görə, komanda aşağı liqa təmsilçisi “Poqradeçit” ilə qarşılaşıb və 3:0 hesabı ilə qələbə qazanıb.

R.Əliyev start heyətdə meydana çıxıb və komandasının ikinci qolunun müəllifi olmaqla Albaniya klubunda qol hesabını açıb.

1news.az

Paylaş:
1186

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər