Unibank-da biznes kreditləri komissiyasız oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank-da biznes kreditləri komissiyasız oldu

15:30 - 28 / 08 / 2017
Unibank-da biznes kreditləri komissiyasız oldu

Öz biznesinizi böyütmək üçün ən uyğun vaxtdır. Çünki 25 illik yubileyi münasibəti ilə Unibank biznes kreditləri ilə bağlı aksiya keçirir.

Bu aksiya çərçivəsində sentyabırın sonunadək Unibank-dan kredit götürən biznes sahibləri, çox sərfəli kreditləri komissiyasız əldə edə biləcəklər.

İdarə Heyəti sədrinin korporativ bank xidmətləri üzrə müavini İqor Okayev bildirib ki, Unibank kiçik və orta sahibkarlığın kreditləşdirilməsində daim bazarın lideri olmaq ənənəsinə malikdir və demək olar ki, bank yarandığı vaxtdan bu günədək-  25 il ərzində davamlı olaraq bu fəaliyyətlə məşğul olur:

“Yaxın illərdə korporativ komandamızın qarşısında bu istiqamətdə bazar payının artırılması ilə bağlı iddialı hədəflər var. İqtisadiyyatda müsbət tendensiyaların artması, qeyri-neft sektorunun tədricən  inkişafı, 2017-2019-cu illərə nəzərdə tutulan iri neft-qaz, infrastruktur və logistika layihələrinin həyata keçirilməsi, biznes mühitində yaxşılaşmalar, ölkədə aparılan islahatlar nəticəsində, yaxın illərdə biznesin inkişafı üçün çox böyük potensial görürük. Qarşıdakı illər ərzində, biz rəqəmsal bankçılıq sahəsində bir çox layihələri həyata keçirməyi, həmçinin daxili proseslərin avtomatlaşdırılması,  mobil və internet platformalarının inkişafını planlaşdırırıq. Bizim əsas vəzifələrimizdən biri də  onlayn seqmentdə iştirakın genişləndirilməsidir”.

Biznes sahibləri aksiyada iştirak və Unibank-ın yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”  “Yasamal” filialları və  “Unibank - biznes mərkəzi”nə,  eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank - Biznesinizə daimi dəstək!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Paylaş:
871

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər