KTMT-nin baş katibi Sarkisyanla görüşəcək | 1news.az | Xəbərlər
Ermənistan

KTMT-nin baş katibi Sarkisyanla görüşəcək

10:50 - 28 / 08 / 2017
KTMT-nin baş katibi Sarkisyanla görüşəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) baş katibi Yuri Xaçaturov 28-30 avqust tarixlərində Ermənistanda səfərdə olacaq.

1news.az KTMT-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, Xaçaturov Ermənistan prezidenti, xarici işlər və müdafiə nazirləri, eləcə də parlament rəhbərliyi ilə görüşəcək.

Məlumata görə, səfər cari ilin payızında Minskdə keçiriləcək KTMT-nin Təhlükəsizlik Şurasının, Xarici İşlər Nazirləri, Müdafiə Nazirləri, Təhlükəsizlik Şurasının Katibliyi şuralarının birgə iclaslarına hazırlıq məsələlərini müzakirə etmək məqsədilə həyata keçirlir.

Qeyd edək ki, Xaçaturov bu ilin aprelində KTMT-nin baş katibi vəzifəsinə təyin edilib. 

P.Sultanova

Paylaş:
896

Son xəbərlər

Bütün xəbərlər