Nə üçün müsəlman və yəhudilər donuz əti yemir? – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nə üçün müsəlman və yəhudilər donuz əti yemir? – FOTO

11:52 - 29 / 08 / 2017
Nə üçün müsəlman və yəhudilər donuz əti yemir? – FOTO

Qarşıdan Müqəddəs Qurban bayramı gəlir. Bu bayramının yaranma səbəbini hər kəs Qurani-Kərimdən yaxşı bilir. Həmişəki kimi bu bayramda da qoyun, inək və hətta dəvə kəsiləcək. Kəsilmiş qurbanlardan əvvəlcə ehtiyacı olanlara paylanılacaq və bir hissəindən də evlərdə dadlı yeməklər bişiriləcək.

Bugünkü mövzumuz insanın qidalanmasında vacib olan ərzaqlardan biri - ət haqqındadır. Nə üçün qoyun, inək, toyuq əti yemək halal buyurulduğu halda, donuz əti yemək haramdır, yəni qadağandır. Bir çoxları elə bilir ki, donuz əti yalnız müsəlman və yəhudilər üçün haramdır. Lakin araşdırdığımız bir sıra elmi-tibbi məlumatlarla tanış olsanız, bu heyvanın əti elə hər kəs üçün qadağan olduğunun şahidi olacaqsınız.

Bəs yaxşı nə üçün donuz əti haram buyurulub?

Məlum olduğu kimi Yəhudilik (İudaizm) və İslamın yarandığı ölkələrin iqlimi həddindən artıq isti olub. Və bir çoxları belə bir fikir irəli sürürlər ki, o vaxtlar soyuducu olmadığından donuz əti də qısa müddətdə keyfiyyətini itirdiyi üçün onun yeyilməsi qadağan edilib. Yəni bir çoxlarının fikrincə, Quran VII əsrdə yarandığı üçün XIX əsrdə aktullığını saxlamır.

İbrahim peyğəmbərin soyundan gələn bütün dinlər – istər İudaizm, istərsə də İslam donuz ətini yeməyi haram buyurub. Nümunə üçün Xristianlığın müqəddəs kitabı Bibliyada deyilir: “Baxmayaraq ki, donuz ikidırnaqlıdır, o sizlər üçün təmiz deyil; onun ətini yeməyin və leşinə belə toxunmayın”. (Levit kitabı, 14:8)

Qurani-Kərimdə donuz ətinin haram olması ilə əlaqədar bir çox ayələr var: “O (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqası adına kəsilən heyvanın ətini haram edib. Kim naəlac qalarsa, həddi aşmadan bunlardan yeməsində günah yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!”[1] “Maidə” surəsinin üçüncü ayəsində də donuz ətinin haram olması xəbər verilir.

Lakin dində qadağan olunan hər bir şey elmi cəhətdən sübuta yetirilib. Donuz ətinin sağlamlığa bir çox zərəri vardır. Bu zərərlər keçmişdə olduğu kimi, görülən tədbirlərə baxmayaraq, bu gün də aktualdır. Hər şeydən əvvəl donuz fermalarda, təmiz yerlərdə saxlanılsa da, öz nəcisini yeyir. Həm nəcisini  yediyinə, həm də bioloji xüsusiyyətlərinə görə, digər heyvanlarla müqayisədə daha çox anticism ifraz edir.

Donuz digər heyvanlarla və insanla müqayisədə yüksək dozada böyümə hormonu ifraz edir. Bu yüksək dozalı anticisimlər və böyümə hormonları donuzun orqanizmində dövr edərək əzələ toxumasına keçib orada yığılır. Bundan başqa, donuz ətində həddən çox xolesterol və lipid (yağlar) vardır. Elm sübut edir ki, anticisim, hormon, xolestrol və lipidlərlə həddən artıq zəngin olan donuz əti insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Donuz əti (ətindən hazırlanmış məhsullar) ilə qidalananlar həddən artıq böyümə hormonları qəbul etmiş olur ki, bu da əvvəlcə bədəndə artıq çəkinin meydana gəlməsinə, sonra da bədənin deformasiyasına səbəb olur.

Üstəlik, donuz ətində tez-tez rast gəlinən “trişin” paraziti də insan sağlamlığı üçün həddən artıq zərərlidir. “Trişin” adlı bu parazit insan bədəninə daxil olandan sonra birbaşa ürək əzələlərində yerləşir. Müasir dövrdə trişin daşıyıcısı olan donuzlar texniki imkanlar vasitəsilə müəyyən edildiyi halda, keçmiş dövrlərdə belə bir şey mümkün deyildi. Buna görə də donuz əti yeyən hər kəsin trişin parazitinə yoluxma və ölümlə üz-üzə qalma təhlükəsi vardır.

Göründüyü kimi, bütün bu səbəblər Rəbbimizin donuz ətini qadağan etməsinin bəzi hikmətləridir. Rəbbimizin əmri insanı hər şəraitdə sağlamlığa zərərli olan, ciddi fəsadlar doğuran donuz ətindən çəkindirərək xəstəliklərdən qoruyur.

XX əsrə qədər donuz ətinin insan sağlamlığına zərərlərini müəyyən etmək mümkün deyildi. Zərərləri müasir tibbi cihazlarla, bioloji testlərlə, elmi faktlarla aşkar olunmuş bu heyvanın ətinin  cəmiyyətin mikrob, bakteriya, trişin, hormon, anticisim kimi anlayışlardan xəbərsiz olduğu bir dövrdə − VII əsrdə nazil olan Qurani-Kərimdə qadağan edilməsi onun Allah-Təalanın kəlamı olduğunu göstərən möcüzələrdəndir.

Artıq bu gün donuz ətinin insan orqanizminə zərəri barədə inkaredilməz elmi faktlar mövcuddur. Bu dəlillərdən bəzisini sadalayaq. Alimlərin çoxsaylı tədqiqatları nəticəsində müəyyən olunub ki, təkcə ev donuzunun deyil, qabanın da ətini yedikdə, insan trixinellyoz kimi ağır xəstəliyə yoluxur. Bu xəstəliyin törədicisi donuz orqanizmində yaşayan «trixinella» (Trishinella spiralis) adlı parazitdir. Yoluxmuş donuz ətini yedikdən, adətən 2-3 həftə sonra trixinelyoz xəstəliyi başlayır. Bu zaman bədənin hərarəti xeyli yüksəlir, möhkəm baş ağrıları və əzələlərdə ağrılar başlayır, mədə-bağırsaq pozuntuları, ürək-damar çatışmazlığı, ürəkbulanma, qusma, titrəmə, göz oymacıqlarında “şişkinlik” müşahidə edilir.

Bunu da bilmək vacibdir ki, donuz ətindəki xəstəliktörədici «trixinellər» xarici təsirlərə qarşı xeyli davamlıdır. Onlar hətta mənfi 10 dərəcə temperaturda dondurulmuş ətdə belə yaşayır. Bir vaxtlar hesab edirdilər ki, trixinellər mənfi 35 dərəcədən aşağı və  müsbət 100 dərəcədən yuxarı temperaturda məhv olur. Lakin müasir bioloji tədqiqatlar nəticəsində sübut olunub ki, bu cür tövsiyələr tamamilə səmərəsizdir; çünki ətdəki trixinell sürfələrini heç bir üsulla emal prosesləri qətiyyən qorxulu deyil; bu mənada, buzlama və hisəvermə proseslərindən danışmağa belə dəyməz. Bəzən hətta ölümlə nəticələnən bu cür təhlükəli xəstəlikdən yeganə qorunma üsulu - donuz əti yeməməkdir.

Trixinelldən başqa, donuzların bədənində viruslar da yaşayır və çoxalır. Ensefalit (baş-beyin ilthabı) kimi ağır virusu qansoran həşəratlar vasitəsilə donuzlardan insanlara ötürülür. Yoluxucu ensefalit virusu çox kəskin ağırlaşmalara - üz və ətraf əzələlərinin qıc olmasına, iflicə, udma və tənəffüs pozulmalarına, huşun itirilməsinə, psixi pozğunluqlara, çox vaxt isə ölümə səbəb olur.

1999-cu ilin yazında Malayziyada yüksək ölüm səviyyəsi ilə müşaiyət olunan ensefalit epidemiyasının yayılması, bu mənada çox səciyyəvi hadisədir. Ölkə höküməti əlverişsiz bölgələrdəki bütün donuzların məhv ediməsi haqqında qərar qəbul edir. Bu zaman 400 000-ə yaxın donuz məhv edilir.

Donuz vasitəsilə insanın yoluxduğu, bundan heç də az təhlükəli olmayan digər xəstəlik isə Listeriozdur. Bu xəstəliyi B. Proteus bakteriyaları törədir. Donuz əti, ondan hazırlanmış məhsul və məmulatların işlənilməsi və satışı ilə məşğul olan ət kombinatı, ictimai yeyinti və ticarət şəbəkəsi işçiləri listeriozla yoluxurlar.

K.V.Bobrişevin «Allah bu cür müalicə edir» adlı kitabında nəşr edilmiş elmi arayışda, donuz əti yeyən insanların xərçəng kimi dəhşətli bəla ilə xəstələnmə mexanizmi barədə informasiya verilir. Aşağıda həmin kitabdan qısaca sitatı qeyd edək: «Dünya alimləri donuz hüceyrələrini əsaslı surətdə tədqiq etdikdən sonra belə bir yekdil rəyə gəlmişlər: yağlı donuz hüceyrələri mədə şirəsində həll olmur; lakin lakin insan orqanizmində yığılaraq sonradan bədxassəli şişə çevrlən yad cisim təşkil edir…» (K. V. Borbişev, 1996, s. 43).

Donuz əti yeyən insanlar bunu da bilməlidirlər ki, donuz ətinin fiziki sağlamlığa zərəri təsiri özünü həmin an deyil, sonradan da biruzə verə bilər. Donuzların öyrənilməsi ilə bağlı tibb- biologiya elmlərinə aid bir sıra başqa məlumatlar da mövcuddur. Bundardan bəzisini sadalayırıq:

Hüceyrə və molekullar səviyyələrdə aparılan müasir tədqiqatlarla sübut olunub ki, donuz toxumalarının strukturu insan toxumalarının strukturuna çox yaxındır. Bir çox göstəricilər, xüsusilə qadın tərkibi həzm prosesinin fiziologiyası, hər şeylə qidalanmaq və s. cəhətdən insana digər heyvanlara nisbətən donuz daha yaxındır.

Donuz əti yeyənlərin çoxu bu mövqe ilə razılaşmayaraq belə bir əks-müddəa irəli sürə bilər ki, «onda, mal əti, qoyun əti, toyuq və s. də yemək olmaz». Lakin bu qətiyyən belə deyil. Əlbətdə, inək, qoyun, toyuq orqanizmlərində də hər cür parazitlər əmələ gəlir. Lakin onlar termik emal zamanı məhv olur. Lakin donuz parazitləri - trixinellər, qeyd edildiyi kimi, emal zamanı məhv olmur.

Çoxsaylı elmi tədqiqatlardan göründüyü kimi, insan və donuzların genetik kodlarının bir-birinə çox oxşar olmasıdır.

Allahın qadağaları insanlar üçün mütləq həqiqət olmalıdır. Əgər Böyük Yaradan insana donuz əti yeməyi qadağan edirsə, şüurlu insan yaxşı olar ki, onu yeməsin. Belə ki, bizi Yaradan insanlar üçün nəyin yaxşı, nəyin pis olduğunu daha yaxşı bilir.  

Belə ki, donuz ətini yeməklə insanların genetik kodunda müəyyən dəyişikliklər və əvvəlcədən bilinməyən mutasiyalar baş verə bilər. Bəşəriyyət isə nə qədər elm inkişaf etsə də, bütövlükdə bunu dərk etmək iqtidarında deyil.

S.Xankişiyeva

Paylaş:
6994

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər