UEFA “Qarabağ”ın müraciətini müsbət cavablandırdı
“Qarabağ” Çempionlar Liqasının qrupunda ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcəyi dəqiqləşib.
1news.az-ın klubun rəsmi “facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, azarkeşlərin çoxluğunu nəzərə alan klub ev oyunlarını daha çox azarkeş tutumuna malik olan stadionda - Bakı Olimpiya Stadionunda (68500 yerlik) keçirməklə bağlı UEFA-ya müraciətinə cavab gəlib. Qitənin ali futbol qurumu “Qarabağ”ın bu müraciətini təsdiqləyib.
Beləliklə, Ağdam təmsilçisi sentyabrın 27-i Çempionlar Liqasının qrup mərhələsində “Roma”ya qarşı ev oyununu Bakı Olimpiya Stadionunda qəbul edəcək. Matç Bakı vaxtı ilə 20:00-da başlayacaq. “Çelsi” və “Atletiko” ilə ev görüşləri də bu stadionunda keçiriləcək.
1news.az
992