Təyyarəni qaldırmayacam deyib, gəncin həyatını qurtardı | 1news.az | Xəbərlər
Dünya

Təyyarəni qaldırmayacam deyib, gəncin həyatını qurtardı

11:52 - 30 / 08 / 2017
Təyyarəni qaldırmayacam deyib, gəncin həyatını qurtardı

Türk Hava Yollarının(THY) pilotu Britaniyada 22 yaşlı  əfqan qaçqını Samim Biqzadın həyatını qutarıb.

1news.az xəbər verir ki, ölkəsinə dönərsə, öldürüləcəyini deməsinə baxmayaraq ingilis səlahiyyətliləri onu deportasiya etməkdə israr ediblər.

THY-nin türk pilotu isə belə vəziyyətdə təyyarəni qaldırmayacağını söyləyərək, əfqan gəncin deportasiya edilməsinə maneə olub. Pilot vurğulayıb ki, əfqan qaçqın ölkəsinə döndüyü halda öldürüləcəyini dəfələrlə söylədi: "Əgər onu saxlamasanız, uçmayacam. Bir insanın həyatı risk altındadır".

Biqzad iki il əvvəl Britaniyaya gəlib, sığınacaq üçün müraciəti rədd edilib. Pilot uçmaqdan imtina etdikdən sonra əfqan qaçqın təyyarədən endirilib, amma onun barəsində hansı qərarın qəbul ediləcəyi məlum deyil.

P.Sultanova

Paylaş:
762

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər