“ASAN xidmət” bayram günlərində işləməyəcək

Qurban bayramı ilə əlaqədar 1, 2, 3 sentyabr tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə 1news.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat veriblər.
Məlumata görə, 4 sentyabrdan isə vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Babək Cahandarov
1041