Azərbaycanın tanınmış diktoru reanimasiyaya yerləşdirildi | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycanın tanınmış diktoru reanimasiyaya yerləşdirildi

15:51 - 31 / 08 / 2017
Azərbaycanın tanınmış diktoru reanimasiyaya yerləşdirildi

“Rafiq müəllim, o qədər də yaxşı deyil. Hal-hazırda reanimasiyadadır”.

1news.az-ın verdiyi xəbərə görə, bir neçə gün bundan əvvəl Türkiyədə yenidən əməliyyat olunan Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova bildirib.

Bir neçə ildir ki, onkoloji problemdən əziyyət çəkən diktor bağırsaq və ayaq nayihələrində də problem yaşayır. Elə sonuncu əməliyyat da bağırsağında aparılıb.

S.Hüseynova Xalq artistinin səhhətinin əməliyyatdan bir gün sonra pisləşdiyini bildirib:

“Avqustun 28-də əməliyyat olundu. Bir gün sonra palataya köçürüldü. Amma 30 avqustun səhəri vəziyyəti o qədər də yaxşı olmadı.Ona görə də reanimasiyaya köçürdülər. Ümid edirik ki, yaxşı olacaq”.

S.Xankişiyeva

Paylaş:
1565

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər