Alman qəzeti: “Deputatların bu səfəri qanun pozuntusu olmaqla bərabər, həm də təhlükəlidir” | 1news.az | Xəbərlər
Siyasət

Alman qəzeti: “Deputatların bu səfəri qanun pozuntusu olmaqla bərabər, həm də təhlükəlidir”

16:37 - 31 / 08 / 2017
Alman qəzeti: “Deputatların bu səfəri qanun pozuntusu olmaqla bərabər, həm də təhlükəlidir”

“Schweriner Volkszeitung” qəzetində Almaniyanın radikal sağçı AfD partiyasından olan əyalət (Landtaq) deputatlarının işğal olunmuş ərazilərimizdə 20.02.2017-ci ildə keçirilmiş qondarma “referendumu” müşahidə etməsinə dair məqalə dərc olunub.

1news.az-ın məlumatına görə, qəzetin 30.08.2017-ci il sayında “AfD siyasətçiləri seçki müşahidəçiləri kimi” və internet saytında isə “Qanunsuz səfər. AfD seçkilərin keşikçisi obrazını yaradır” başlığı ilə dərc olunmuş məqalədə işğal olunmuş torpaqlarımızda keçirilmiş qondarma “referendumda” AfD partiyasının Meklenburq-Forpommern federal torpağının parlamentindəki (Landtaq) deputatları Enriko Komninq (Enrico Komning) və Holqer Arppe (Holger Arppe), eləcə də Türinqen federal torpağının parlamentindəki deputatı Tomas Rudinin (Thomas Rudy), müşahidəçi qismində iştirak etməsi barədə xəbər verilir (Qeyd: Meklenburq-Forpommern federal torpağının paytaxtı Şverində dərc olunan Schweriner Volkszeitung qəzeti həmin federal torpaq barədə xəbərlər yayan aparıcı mətbu orqandır).

Məqalədə bildirilir ki, bu səfərə dair Azərbaycan səfiri Meklenburq-Forpommern Landtaqının prezidenti Silvia Bretşnayderə məktub yazıb. Qeyd edilir ki, “Landtaq prezidentinin səfirdən məktub alması özlüyündə nadir haldır. Xüsusilə də məktubda Landtaqın iki deputatının qanunsuz səfərindən söhbət getdiyi üçün məsələ prezidentin ofisini uzun müddət məşğul edib”.

Xəbər  verilir ki, “BMT-nin Azərbaycan ərazisi kimi tanıdığı” Dağlıq Qarabağ “faktiki olaraq Ermənistan tərəfindən işğal olunub”. Adı çəkilən AfD deputatları “Dağlıq Qarabağ Respublikasının parlamenti” tərəfindən “beynəlxalq aləmin şübhə etdiyi referenduma” qiymət vermək üçün dəvət ediliblər. Referendumda “tanınmamış respublikanın prezidentinin” səlahiyyətlərinin gücləndirilməsi səsə qoyulub.

Bildirilir ki, hər üç siyasətçi 19 fevral tarixində “rəsmi olaraq mövcud olmayan ölkəyə” qədəm qoyublar. Onlar təyyarə ilə Yerevana, oradan isə avtomobillə Dağlıq Qarabağa səfər ediblər.

Məqalədə qeyd edilir ki, Azərbaycan səfirliyinin əməkdaşı bu məsələ barədə “Dağlıq Qarabağa həyata keçirilmiş səfər Azərbaycan tərəfinin icazəsi olmadan baş tutduğu üçün qanunsuzdur. Dağlıq Qarabağ beynəlxalq hüquqla Azərbaycanın ərazisidir” deyə bildirir. Məqalədə vurğulanır ki, “Səfər qanun pozuntusu olmaqla bərabər, həm də təhlükəlidir”.

Məqalədə qanunsuz səfərin iştirakçılarına da söz verilir. Enriko Komninq “Dağlıq Qarabağ muxtar hökuməti tərəfindən dəvət olunduqlarını”, “ölkənin müstəqil olmaq haqda qərarı beynəlxalq hüquqa uyğun olduğunu”, “seçkilərin demokratik keçdiyini”, “bunun beynəlxalq hüququ pozub-pozmadığının isə həlledici məqam olmadığını” bildirir.

Tomas Rudi “səfər, hotel və digər xərclərin” qarşı tərəfdən qarşılandığını, deputatların isə “əvəzində alman cin içkisi və Meklenburq kolbasasından ibarət hədiyyələr” apardıqlarını qeyd edir. 

Məqalədə sitat gətirilməyən Holqer Arppenin kimliyi haqda məlumat verilərkən, onun yaxınlarda milli ədavət yaratmaqda ittiham edilərək mühakimə olunduğu və məhkəmə hökmünə qarşı apelyasiya şikayəti verdiyi diqqətə çatdırılır.

Məqalədə söz verilən “Demokratik Seçkilər üçün Avropa Platforması” (EPDE) adlı qeyri-hökumət təşkilatının təmsilçisi Ştefani Şiffer AfD siyasətçilərinin “beynəlxalq aləmin demokratiya səylərinə zərər vurduğunu”deyir. Onun sözlərinə görə, “Dağlıq Qarabağdakı seçkilər alman siyasətçilərinin iştirakı ilə əslində malik olmadığı legitimliyi qazanmalı idi. Seçkilərə dəvət əslində bu məqsədi daşıyıb.” Məqalədə Komninq, Arppe və Rudinin bu məqsədə çatmaq üçün vasitə olaraq istifadə edildiyi vurğulanır.

Məqalə aşağıdakı internet keçidindən endirilə bilər: https://www.svz.de/regionales/mecklenburg-vorpommern/afd-mimt-wahl-hueterin-id17692096.html

Babək Cahandarov

Paylaş:
1186

Son xəbərlər

Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15
Bütün xəbərlər