Çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi başa çatdı | 1news.az | Xəbərlər
İdman

Çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi başa çatdı

20:26 - 31 / 08 / 2017
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi başa çatdı

Veloparkda və Bakı Olimpiya Stadionu ətrafındakı yollarda çoxgünlük ötüşmələr üzrə Açıq Azərbaycan çempionatı keçirilib.

Velosiped İdmanı Federasiyasından 1news.az-a verilən məlumata görə, 3 gün davam edən yarışda Gürcüstan və Rusiya Federasiyası velosipedçiləri də iştirak edib.

3 mərhələnin yekununa əsasən, gənclər kateqoriyasında 1-ci yerə yığma komandamızın üzvü Kərim Şirəliyev layıq görülüb – o 1-ci mərhələni 1-ci, 2-ci və 3-cü mərhələləri isə 2-ci sırada tamamlayıb.

İlk yarış günündə finiş xəttini 2-ci, sonrakı günlərdə isə 1-ci keçən yığmamızın digər üzvü İvan Orlov ümumi təsnifatda Kərimdən 24 saniyə geri qalmaqla 2-ci yeri tutub. İlk üçlüyü isə Rusiya federasiyasından gəlmiş Telman Vəliyev tamamlayıb.

2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında qalib adını Qadir Mustafayev qazanıb – o ilk mərhələdə 7-ci, 2-cidə isə 3-cü olsa da, sonuncu yarış günündə geriliyi aradan qaldırmağa müvəffəq olub və fəxri kürsünün ən yüksək piləsinə qalxıb.

Nəcəf Bağırov ilk 2 mərhələdə 1-ci nəticə göstərməsinə rəğmən, sonuncu yarış günündə liderliyi Qadirə təhvil verib və ümumi təsnifatda 2-ci yeri tutub.

Gürcüstan yığma komandasının üzvü Avtandi Piranaşvili isə Açıq Azərbaycan birinciliyinin bürünc medalına layiq görülüb.

Fərqlənən idmançılar medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

1news.az

Paylaş:
895

Son xəbərlər

Bütün xəbərlər