Mbappe rəsmən PSJ-yə transfer olunub | 1news.az | Xəbərlər
Futbol

Mbappe rəsmən PSJ-yə transfer olunub

22:15 - 31 / 08 / 2017
Mbappe rəsmən PSJ-yə transfer olunub

“Monako”nun futbolçusu Kilian Mbappenin PSJ-yə keçidi rəsmiləşib.

1news.az-ın məlumatına görə, bu barədə Paris klubunun rəsmi saytı xəbər yayıb.

18 yaşlı fransalı hücumçu paytaxt klubunda 1 illik icarə əsasında çıxış edəcək. Mövsümün sonunda isə PSJ onunla 2022-ci ilə qədər müqavilə imzalayaacaq.

Qeyd edək ki, PSJ daha əvvəl Neymarı “Barselona”dan 222 milyon avroya transfer edib.

1news.az

Paylaş:
971

Son xəbərlər

Bütün xəbərlər