Di Kaprio “Xarvi” qasırğasından zərər çəkənlərə 1 milyon dollar yardım etdi | 1news.az | Xəbərlər
Dünya

Di Kaprio “Xarvi” qasırğasından zərər çəkənlərə 1 milyon dollar yardım etdi

10:51 - 31 / 08 / 2017
Di Kaprio “Xarvi” qasırğasından zərər çəkənlərə 1 milyon dollar yardım etdi

Amerikalı aktyor Leonardo Di Kaprio xeyriyyə fondu “Xarvi” qasırğadan zərər çəkənlərə yardım məqsədilə bir milyon dollar ayırıb.

1news.az-ın Gazeta.Ru -ya istinadla verdiyi xəbərə görə,  “One Way” təşkilatının rəhbəri Brayan Qallaxer yardıma görə aktyora təşəkkürünü bildirib:

“Biz Leonardo Di Kaprio və onun fonduna əliaçıqlığa görə son dərəcədə minnətdarıq. Qasırğanın vurduğu ziyan bizdən ən yaxşını tələb edir”.

Xəbər verildiyi kimi, bir qədər əvvəl Oskar mükafatı laureatı Sandra Ballok da qasırğadan zərər çəkənlərə yardım üçün bir milyon dollar yardım edib. Vəsait Amerika Qırmızı Xaç Komitəsinə köçürülüb.

S.Xankişiyeva

Paylaş:
683

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər