XİN: Toni Klemanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ermənistanın növbəti siyasi təxribatıdır | 1news.az | Xəbərlər
Siyasət

XİN: Toni Klemanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ermənistanın növbəti siyasi təxribatıdır

12:40 - 31 / 08 / 2017
XİN: Toni Klemanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ermənistanın növbəti siyasi təxribatıdır

Kanada Parlamentinin üzvü Toni Klemanın Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ermənistanın növbəti siyasi təxribatıdır.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Toni Klemanın bu qanunsuz səfəri maddi maraq müqabilində sıx əlaqələri olduğu erməni milli komitəsinin Kanada bürosu və erməni lobbisi tərəfindən təşkil edilib.

Dəfələrlə rüşvətxorluq və korrupsiya əməllərində adı hallanan bu şəxs Azərbaycanın işğal olunmuş ərazilərinə maddi maraq müqabilində səfər edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü və qanlı etnik təmizləmə siyasətini pərdələməyə və ona bəraət qazandırmağa cəhd göstərir.

O, həmçinin göstərdiyi bu xidmət müqabilində gələcək seçkilərdə Kanada erməni lobbisinin maddi dəstəyini qazanmağa çalışır. 

Onun Azərbaycan Respublikasının qanunlarının, beynəlxalq hüququn norma və prinisplərinin pozulması ilə müşayiət olunan və mənəvi-etik və humanist dəyərlərdən kənar bu əməlləri ilk növbədə Kanadanın parlamentarizm ənənələrinə və seçicilərinə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir.  Ümid edirik ki, Kanada parlamentinin müvafiq etik komitəsi onun ölkə xaricindəki bu əməllərini araşdıracaqdır.     

Toni Klemanı müşayiət edən Məjid Əl-Şəfi adlı şəxs QHT rəhbəri olsa da, Ermənistan Xarici İşlər Nazirliyi propaqanda məqsədilə qəsdən onu da Kanada parlament üzvü kimi təqdim edir.

Dini azlıqların hüquqları məsələsi ilə məşğul olan Məjid Əl-Şəfiyə Ermənistanın dünyada yeganə mono-etnik dövlətə çevrilməsi, Ermənistanda 300.000-dən artıq köklü müsəlman Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması, bu ölkədə yəzidilər, asorilər, molokan rusların təqiblərlə üzləşməsi, erməni qriqoryan kilsəsindən başqa digər xristian kilsə və icmaların fəaliyyətinə qarşı dözümsüzlük, Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin talan edilməsi hallarına diqqət yetirməyə çağırırıq.

Sözügedən məsələ ilə əlaqədar Azərbaycanın narahatlığı və narazılığı Kanada Xarici İşlər Nazirliyinə və Kanadanın parlamentinə çatdılırıb. 

Onların adları arzuedilməz şəxslər siyahısına daxil ediləcəkdir.

S.Xankişiyeva

Paylaş:
567

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər