Taekvondoçularımız Türkiyədən 6 medalla dönürlər
Türkiyənin Çərkəzköy şəhərində taekvondo üzrə keçirilən “30 avqust Zəfər kuboku”na yekun vurulub.
1news.az-ın Azərbaycan Taekvondo Federasiyasına istinadən verdiyi xəbərə görə, 8 ölkədən 375 idmançının qatıldığı turniri Azərbaycan idmançıları 6 mükafatla başa vurublar.
Bu medallardan ikisi yarışın son günü əldə olunub. 2 saylı “Gömrükçü” İdman Klubunun yetirmələri Mirhilal Həsənov (37 kq) və Cavid Məmmədov (54 kq) finala yüksəlsələr də, ikinci yerlə kifayətləniblər.
Onlardan öncə isə Səadət Quliyeva (30 kq) gümüş, Zeynəb Məmmədova (30 kq), Osmanov Osman (33 kq) və Mehriban Məmmədova (-44 kq) isə bürünc medala layiq görülüb.
Babək Cahandarov
1104