Sabah hava küləkli olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah hava küləkli olacaq

12:30 - 03 / 09 / 2017
Sabah hava küləkli olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz  mülayimləşəcək.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturunun gecə  21-24°, gündüz  28-33° isti, Bakıda gecə  21-23°, gündüz  30-32° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  759  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə  65-75 %, gündüz  50-60 % olacaq.  Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°,Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 4-də hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Arabir  güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  18-23°, gündüz  32-37° isti, dağlarda gecə 13-18°, gündüz  22-27° isti olacağı gözlənilir.

S.Xankişiyeva

Paylaş:
589

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər