Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

14:51 - 04 / 09 / 2017
Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

1news.az

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər