Ramil Quliyev Avropada ayın atleti seçildi - FOTO | 1news.az | Xəbərlər
İdman

Ramil Quliyev Avropada ayın atleti seçildi - FOTO

19:08 - 04 / 09 / 2017
Ramil Quliyev Avropada ayın atleti seçildi - FOTO

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Avropada avqust ayının ən yaxşı atleti seçilib.

1news.az-ın məlumatına görə, Avropa Atletika Birliyinin (EAA) rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda Quliyev qalib olub.

Qeyd edək ki, Ramil Quliyev ötən ay Londonda keçirilən dünya çempionatında kişilərin 200 metr məsafədə qaçış yarışında qalib olmuşdu. Quliyev avqustda Birmingemdə təşkil edilən “Brilliant Liqa”da da qızıl medal qazanmışdı.

1news.az

Paylaş:
890

Son xəbərlər

Bütün xəbərlər