Prezidentin Mətbuat Xidməti: Bunların arxasında Corc Soros və onun əlaltıları dayanır | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin Mətbuat Xidməti: Bunların arxasında Corc Soros və onun əlaltıları dayanır

13:54 - 05 / 09 / 2017
Prezidentin Mətbuat Xidməti: Bunların arxasında Corc Soros və onun əlaltıları dayanır

2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələrlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidməti açıqlama verib.

1news.az xəbər veir ki, açıqlamada bildirilir:

“Qeyd edirik ki, nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adıçəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur. Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır.

Biz bilirik ki, bunların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Bu gün Corc Sorosun çirkin əməlləri çox ciddi şəkildə araşdırılmalıdır. Onunla əlbir olan erməni lobbisi Azərbaycan Prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır. Ancaq bu səylərə baxmayaraq, bunlar heç bir nəticə verməyib.

Elə “Guardian” qəzetində gedən məqalənin müəlliflərindən birinin erməni əsilli Dina Naqapetyan olması faktı da bir daha onu göstərir ki, bu çirkin ittihamlar, o cümlədən dünya erməniliyinin növbəti mənfur hərəkətidir”.

1news.az

Paylaş:
786

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər