Bakıda atasının pulunu və qızıllarını oğurlayan şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda atasının pulunu və qızıllarını oğurlayan şəxs tutulub

14:14 - 05 / 09 / 2017
Bakıda atasının pulunu və qızıllarını oğurlayan şəxs tutulub

Atasının pulunu və qızıllarını oğurlayan oğul polis əməkdaşları tərəfindən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, avqustun 18-də Xətai rayonu ərazisində yaşayan İntiqam Ələkbərov 36-cı Polis Bölməsinə müraciət edərək həmin gün evindən 2300 manat pulun və 1300 manat dəyərində qızıl əşyalarının oğlu Səxavət tərəfindən oğurlandığını bildirib.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Ələkbərov saxlanılıb. O, hadisəni törətdiyini etiraf edib.

Babək Cahandarov

Paylaş:
666

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər